SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ekspert: “Azərbaycan banklarının Ermənistan bazarına da daxil olması mümkündür”

Ekspert: “Azərbaycan banklarının Ermənistan bazarına da daxil olması mümkündür”

  • 06 iyul 2026, 15:18

Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumlarının, o cümlədən kommersiya banklarının gələcəkdə Ermənistan bazarına da daxil olması mümkündür.

Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

Onun sözlərinə görə, artıq Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq qurulub:

“Azərbaycan ötən ilin sonlarından başlayaraq Ermənistanı benzin və dizel yanacağı ilə qismən təchiz edir. Bu əməkdaşlığın tədricən təbii qaz təchizatını da əhatə etməsi istisna deyil. Gələcəkdə Ermənistan bazarına daxil olacaq Azərbaycan şirkətləri maliyyə xidmətlərinə ehtiyac duyacaq ki, bunu da elə öz qurumlarımız göstərə bilərlər”.

N.Hüseynov vurğulayıb ki, hazırda Azərbaycan bankları Gürcüstanla yanaşı, Türkiyə və Rusiyada fəaliyyət göstərir:

"Bu ildən siyahıya Özbəkistan da daxil olacaq. Bank sektorunun ekspansiyası Azərbaycan biznesinin həmin ölkələrdə genişlənməsi ilə paralel gedir. Azərbaycan şirkətləri Ermənistanda fəaliyyət göstərəcəksə, öz banklarımızın orada fəaliyyəti aktual və milli biznesə dəstək olacaq”, - deyə ekspert əlavə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları