"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank yanvar-iyun aylarında 4 milyon lari və yaxud 2,6 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə “PASHA Bank Georgia”nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 6,4% çox – 661,2 milyon lari (429,8 milyon manat), o cümlədən xalis kredit portfeli 13,3% çox – 413,8 milyon lari (269 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 517,2 milyon lari (336,2 milyon manat, 4,1% çox), o cümlədən depozit portfeli 444,3 milyon lari (288,8 milyon manat, 1,7% çox), balans kapitalı isə 144 milyon lari (93,6 milyon manat, 15,7% çox), o cümlədən nizamnamə kapitalı 136,8 milyon lari (88,9 milyon manat, dəyişməyib) olub.
QEYD: 1 lari 65 qəpiyə bərabər götürülüb.