SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Neo BOKT-un maliyyə göstəriciləri pisləşib

"Neo" BOKT-un maliyyə göstəriciləri pisləşib

  • 02 iyun 2026, 13:03

"Neo" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,1 milyon manat zərər edib (əvvəlki ili cüzi mənfəətlə başa vurmuşdu).

Bu ilin əvvəlinə “Neo"nun aktivləri ötən ilin əvvəlinə nisbətən 76,5% az – cəmi 31 min manat, o cümlədən kredit portfeli 31,7% az – 28 min manat təşkil edib.

BOKT-un öhdəlikləri 2 min manat (91,3% az), balans kapitalı isə 29 min manat (73,4% az), o cümlədən nizamnamə kapitalı 371 min manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Neo" 2007-ci ildən fəaliyyət göstərən "Finans İnvest" BOKT-un bazasında 2026-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,37 milyon manatdır, direktoru Anar Məmmədovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları