"Finkapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,05 milyon manat zərər edib (əvvəlki ili 0,15 milyon manat mənfəətlə başa vurmuşdu).
Bu ilin əvvəlinə "Finkapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 30,8% çox - 4,6 milyon manat, o cümlədən kredit portfeli 28,9% çox – 3,9 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 3,4 milyon manat (31,6% çox), balans kapitalı isə 1,2 milyon manat (28,6% çox), o cümlədən nizamnamə kapitalı 0,9 milyon manat (59,6% çox) olub.
Qeyd edək ki, "Finkapital" 2021-ci ildə yaradılıb, direktoru Tural Bağırovdur. BOKT-un nizamnamə kapitalı 870 min manat təşkil edir.