SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azkredit BOKT-un xalis mənfəəti 23% azalıb

"Azkredit" BOKT-un xalis mənfəəti 23% azalıb

  • 02 iyun 2026, 15:57

"Azkredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,9 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 23% azdır.

Bu ilin əvvəlinə "Azkredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 0,8% çox - 3,2 milyon manat, o cümlədən kredit portfeli 19,9% çox - 2,85 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 1 milyon manat (25% çox), balans kapitalı 2,2 milyon manat (7,7% az), o cümlədən nizamnamə kapitalı 600 min manat (2 dəfə çox) olub.

Qeyd edək ki, "Azkredit" 2019-cu ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 600 min manat təşkil edir, yeganə səhmdarı Qurban Əsgərovdur, direktoru isə Ceyhun Əliyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları