SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Unicapitalın xalis mənfəətində 18%-ə qədər AZALMA

"Unicapital"ın xalis mənfəətində 18%-ə qədər AZALMA

  • 02 iyun 2026, 11:51

"Unicapital İnvestisiya Şirkəti" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 17,6% azdır.

Bu ilin əvvəlinə "Unicapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 8,55 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri 6,6 milyon manat (65,5% az), balans kapitalı isə 1,95 milyon manat (17,2% çox), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, nizamnamə kapitalı 100% “Unibank” Kommersiya Bankı ASC-yə məxsusdur. Şirkətin qanuni təmsilçisi Namazov Vüqar Faiq oğludur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları