STS şirkətinin nizamnamə kapitalı 63 min ABŞ dolları və yaxud 75% azaldılaraq 84 min dollardan 21 min dollara endiriləcək.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, bununla bağlı təsisçilər oktyabrın 1-də qərar qəbul edib.
Xatırladaq ki, STS şirkəti tikinti sektorunda fəaliyyət göstərir, məşhur iş adamı Sahib İbrahimovun adı ilə bağlıdır. O, məşhur İbrahimovlar ailəsinin üzvüdür. Bu ailəyə ATV kanalının keçmiş sahibləri Tağı və Natiq İbrahimovlar, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, eləcə də “Avesta Konsern”in sahibi, iflasa uğramış “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (Nehrəmli) daxildir.