SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Legion Financiala maya qoyulacaq

"Legion Financial"a "maya qoyulacaq"

  • 28 yanvar 2026, 08:56

Azərbaycanda lizinq xidmətləri göstərən "Legion Financial" ASC 0,6 milyon manatlıq səhm emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, şirkət səhmlərinin emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 6 000 ədəd adi, adlı, sənədsiz səhm yerləşdirilməsii nəzərdə tutulur.

Yerləşdirmə üzrə anderrayter "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.

Bütün səhmlər satılsa, “Legion Financial”ın nizamnamə kapitalı 15,3% artaraq 3,9 milyon manatdan 4,5 milyon manata çatacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları