SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Kapital Bank”ın maliyyə göstəriciləri pisləşməyə başlayıb

“Kapital Bank”ın maliyyə göstəriciləri pisləşməyə başlayıb

  • 14 oktyabr 2025, 17:52

“Kapital Bank” ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 229,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 38% çoxdur.

Bu il oktyabrın əvvəlinə “Kapital Bank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 17,4% çox – 12 064,4 milyon manat, o cümlədən kredit portfeli 5,1% çox – 4 806,5 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 10 974,3 milyon manat (17,1% çox), o cümlədən depozit portfeli 8 670,9 milyon manat (9,2% çox), balans kapitalı isə 1 090,1 milyon manat (20,3% çox), o cümlədən nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) olub.

Bununla belə, “Kapital Bank”ın maliyyə göstəriciləri illik müqayisədə müsbət dinamika göstərsə də, rüblük müqayisədə pisləşib. Belə ki, bu ilin III rübündə Bankın aktivləri 5,1% azalıb.

Bundan başqa, öhdəliklərdə 5,5%, o cümlədən depozit portfelində 8,5% azalma olub, yəni rüb ərzində maliyyə qurumundan 806 milyon manatdan çox depozit çıxarılıb.

“Kapital Bank”ın əsas səhmdarı “PAŞA Holdinq” MMC-dir.

Prime Leasing