SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Jalə Hacıyeva: Bazarda daha dayanıqlı, şəffaf və tələblərə cavab verən BOKT-lar qalacaq

Jalə Hacıyeva: "Bazarda daha dayanıqlı, şəffaf və tələblərə cavab verən BOKT-lar qalacaq"

Hazırda bank olmayan kredit təşkilatları (BOKT) arasında müəyyən konsolidasiya prosesi müşahidə olunur və bu, təbii bazar prosesidir. Bu o demək deyil ki, sektor zəifləyir — əksinə, daha dayanıqlı, daha şəffaf və tələblərə cavab verən BOKT-ların bazarda qalması gözlənilir.

Bunu Yurd.Media-ya Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva bu barədə  açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun dayanıqlılığını təmin etmək və risklərin minimuma endirilməsi üçün mühüm islahatlar həyata keçirir:

"BOKT-lar ölkə iqtisadiyyatında vacib rol oynayır və neçə BOKT-a ehtiyacın olması bazarın dinamikasına, rəqabət mühitinə bağlıdır. Kapital tələblərinin artırılması da bu çərçivədə atılmış addımlardan biridir. Nəzərə alsaq ki, Azərbaycanda ilk BOKT-lar 1990-cı illərin ortalarından fəaliyyətə başlamışdır və 2009-cu ildə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu və bu, sektora hüquqi əsas verdi, cari ildən etibarən kapital tələbinin artması təbiidir və məqsədəuyğundur".
BOKT-lar — xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində — ölkə iqtisadiyyatında vacib rol oynadığını bildirən Jalə Hacıyeva real olaraq neçə BOKT-a ehtiyac olduğu sualına cavabında bildirib ki, bu daha çox bazarın dinamikasına, regionların ehtiyaclarına və rəqabət mühitinə bağlıdır:

"Bəzi regionlarda daha çox maliyyə əlçatanlığına ehtiyac olduğu üçün bu sahədə çalışan təşkilatların sayı orada artmalıdır".

Onun sözlərinə görə, gələcəkdə bazarda fəaliyyət göstərən BOKT-ların sayı deyil, keyfiyyəti və dayanıqlılığı önəmli olacaq:

"Assosiasiya olaraq biz üzv təşkilatların tələblərə uyğunlaşması üçün onları maarifləndirir, texniki dəstək göstərir və Mərkəzi Bankla dialoqu təşviq edirik. Məqsədimiz odur ki, sağlam BOKT sektoru formalaşsın və bu sektor ölkənin sosial-iqtisadi inkişafına töhfəsini davam etdirsin".

Prime Leasing