SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“PAŞA Sığorta”nın xalis mənfəəti 40% azalıb

“PAŞA Sığorta”nın xalis mənfəəti 40% azalıb

  • 26 may 2026, 10:07

"PAŞA Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 8,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% azdır.

Bu il aprelin əvvəlinə "PAŞA Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 27,6% çox - 497,1 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 393,4 milyon manat (38,9% çox), balans kapitalı isə 103,7 milyon manat (2,4% az), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları