"PAŞA Həyat Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 15,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.
Bu il aprelin əvvəlinə "PAŞA Həyat Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 3,7% çox – 879,9 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 723,1 milyon manat (3,6% çox), balans kapitalı isə 156,8 milyon manat (3,8% çox), o cümlədən nizamnamə kapitalı 40,25 milyon manat (dəyişməyib) olub.