"İnkişaf üçün maliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,9 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 26,2% çoxdur.
Bu ilin əvvəlinə "İnkişaf üçün maliyyə"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 8,9% çox - 12,3 milyon manat, o cümlədən kredit portfeli 7,1% çox – 11 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 3,4 milyon manat (4,2% çox), balans kapitalı isə 8,9 milyon manat (10,8% çox), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.