Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 414,1 milyon manat, xərcləri isə 19 824,4 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % və 1,2 % çoxdur.
Son nəticədə icmal büdcədə 4 589,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 3,6% azdır.