SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanın dövlət büdcəsinin profisiti 11 %-dən çox azalıb

Azərbaycanın dövlət büdcəsinin profisiti 11 %-dən çox azalıb

  • 08 iyul 2026, 18:11

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 179,4 milyon manat, xərcləri isə 16 775,5 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,15% və 1,9% azdır. 

Son nəticədə dövlət büdcəsində 2 403,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 11,2% azdır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları