“CFİ Financial İnvestisiya Şirkəti” QSC 2025-ci ilin yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu yanvar-iyun aylarında 2,95 milyon manat zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə “CFİ Financial”ın aktivləri 6,2 milyon manat (1 il əvvələ nisbətən 10% az) təşkil edib.
İnvestisiya şirkətinin öhdəlikləri 3,3 milyon manat (4% çox), balans kapitalı isə 2,9 milyon manat (21,9% az), o cümlədən nizamnamə kapitalı 4,55 milyon manat (2,9 dəfə çox) olub.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" ötən ilin avqust "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib.