"Cənub Qaz Dəhlizi" QSC (SGC) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 1630,85 milyon ABŞ dolları xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 4,7% azdır.
Bu ilin əvvəlinə SGC-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 8,2% çox - 14 615,45 milyon dollar təşkil edib. Şirkətin öhdəlikləri 5 511,8 milyon dollar (1,4% çox), balans kapitalı isə 9 103,65 milyon dollar (12,8% çox), o cümlədən nizamnamə kapitalı 2 415,8 milyon dollar (dəyişməyib) olub.