"Xalq Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 4,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.
Bu il iyulun əvvəlinə "Xalq Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 2,3% az - 92,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 31,8 milyon manat (1,8% çox), balans kapitalı isə 60,4 milyon manat (4,3% az), o cümlədən nizamnamə kapitalı 58,75 milyon manat (dəyişməyib) olub.