"Qala Həyat Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Bu il iyulun əvvəlinə "Qala Həyat Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 20,5% çox - 55,1 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 24,45 milyon manat (19,6% çox), balans kapitalı isə 30,65 milyon manat (21,2% çox), o cümlədən nizamnamə kapitalı 13,05 milyon manat (dəyişməyib) olub.