Azərbaycanın daha bir kredit təşkilatı faizləri yüksəltdi.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, “City Finance” BOKT istehlak krediti üzrə faiz dərəcəsini artırıb.
Mikromaliyyə təşkilatı istehlak krediti üzrə faiz dərəcəsi 25%-dən 26%-ə yüksəlib.
Beləliklə, kredit üzrə faiz dərəcəsi 1 faiz bəndi artırılıb. Faiz dərəcəsinin özünə nəzərən artım 4% təşkil edir.
Qeyd edək ki, “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2013-cü ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi Tural Əhmədov Mahir oğludur.