"Xalq Həyat Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 1,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
Bu il iyulun əvvəlinə "Xalq Həyat Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,9% çox - 30,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 13,7 milyon manat (16,7% çox), balans kapitalı isə 16,5 milyon manat (9,2% az), o cümlədən nizamnamə kapitalı 15 milyon manat (dəyişməyib) olub.