“Bakı Fond Birjası” QSC 2026-cı ilin yanvar-fevral aylarının yekunları ilə bağlı əməliyyat göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, 2 ayda Birjada 8 873,9 milyon manatlıq əməliyyat aparılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% azdır.
Hesabat dövründə Birjada bağlanılmış əqdlərin sayı isə 1 il əvvələ nisbətən 30,7% az - 3 737 olub.