SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycan “S&P”nin “çörəyini kəsdi”

Azərbaycan “S&P”nin “çörəyini kəsdi”

  • 08 dekabr 2025, 14:31

Azərbaycan hökuməti “Standard & Poor's” (“S&P) beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı müqavilə öhdəliklərindən kənar davam etdirmək qərarına gəlib. 

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib. 

Məlumatda deyilir ki, indiyə qədər “S&P”, eləcə də “Fitch” və “Moody’s” beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq edilib, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib.  

Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib. 

Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch”, 2025-ci ildə isə “Moody’s”ölkəmizin suveren kredit reytinqini artıraraq investisiya dərəcəsinə yüksəldibr. Belə ki, agentliklərin “BBB-” və “Baa3” səviyyəsinə qaldırdığı suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb. 

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch” və “Moody’s” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub. 

İki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub. 

Prime Leasing
SPE Annual Caspian