Azərbaycan Mərkəzi Bankı bu il ölkədə iqtisadi artımın 1,1%, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2% olacağını proqnozlaşdırır.
Yurd.Media xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ümumi daxili məhsulun 1,7%, o cümlədən qeyri-neft-qaz sektorunda 3,7% artacağını gözləyir. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.