 
 
            Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankın 499 filialı, 86 şöbəsi, 3 410 bankomatı olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletendə bildirilir.
Bu rəqəmlər sentyabrın 1-nə müvafiq olaraq 498 filial, 87 şöbə və 3 379 bankomat olub. Beləliklə, banklar sentyabrda 1 filial açıb, 1 şöbə bağlayıb, 31 bankomat quraşdırıb.