SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan bankları 7 ayda 683 milyon manat xalis mənfəət əldə edib

Azərbaycan bankları 7 ayda 683 milyon manat xalis mənfəət əldə edib

  • 29 avqust 2025, 15:31

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-iyul aylarının yekunları ilə bağlı bank icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, 7 ay ərzində yerli banklar 682,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.

Bu il avqustun 1-nə bankların aktivləri ötən il avqustun 1-nə nisbətən 13,5% çox - 55 700,1 milyon manat, o cümlədən xalis kredit portfeli 10,7 % çox - 26 792,5 milyon manat təşkil edib.

Sektorun öhdəlikləri 48 689,7 milyon manat (13,6% çox), o cümlədən depozit portfeli 36 650,9 milyon manat (6,6% çox), balans kapitalı isə 7 010,4 milyon manat (12,8 % çox) olub.

Prime Leasing