Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekunları ilə bağlı Pul siyasəti icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, ötən il yerli banklar arasında təxminən 65 milyard manatlıq əqd bağlanılıb.
Bu, əvvəlki illə müqayisədə təxminən 36% azdır.
Hesabat dövründə bağlanmış əqdlərin sayı isə təxminən 3% azalaraq 3,7 minə düşüb. Əqdlər "Bloomberg" ticarət sistemində baş tutub.