"Express Lombard" ASC-nin səhmlərinin 45%-ni sahibi Nicat Həsənov payını 100%-ə çatdırıb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.
Məlumata əsasən, buna səbəb səhmlərin müvafiq olaraq 45%-nə və 10%-nin sahibləri Rifat Həsənov və Leyla Cabbarovanın paylarını N.Həsənova bağışlamasıdır.
Bununla da, əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair əqd baş tutub.
Xatırladaq ki, R.Həsənov həm də “International” ASC bank olmayan kredit təşkilatının yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.