Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekunları ilə bağlı bank icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, banklar ötən il 1 161,6 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 11,2% çoxdur.
Bu ilin əvvəlinə bank sektorunun aktivləri isə ötən ilin əvvəlinə nisbətən 7,7% çox - 57 086,2 milyon manat təşkil edib.