Prezident İlham Əliyev ABŞ-nin aparıcı bankını təmsil edən “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.
Yurd.Media xəbər verir ki, dövlət başçısı ölkəmizlə şirkət arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edib, Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnun olduğunu bildirib.
Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
“The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.