“Access Bank” ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 13 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% çoxdur.
Bu il aprelin əvvəlinə “Access Bank”ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 12,4% çox – 1 771,9 milyon manat, o cümlədən xalis kredit portfeli 12,8% çox – 1 279,7 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 525,7 milyon manat (10,2% çox), o cümlədən depozit portfeli 1 096,5 milyon manat (3,4% çox), balans kapitalı isə 246,2 milyon manat (28,5% çox), o cümlədən nizamnamə kapitalı 121,75 milyon manat (dəyişməyib) olub.