SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Qaçqınkom”un vəzifəli şəxsi təhdid olundu – Həbs olunan var

“Qaçqınkom”un vəzifəli şəxsi təhdid olundu – Həbs olunan var

  • 21 oktyabr 2025, 12:19
Gəncə

Qaçqınların və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin tabeliyində olan Gəncə mənzil-kommunal istismar sahəsinin müdiri İzzət Əsgərov təhdid olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Zimistan Raziyev keçmiş həyat yoldaşını söyüb, təhqir edib. O, həmçinin hadisəyə müdaxilə edən sahə müdiri İzzət Əsgərova da müqavimət göstərib.

İş üzrə izahat verən İ. Əsgərov bildirib ki, Gəncə şəhəri Yeni Qəsəbədə yerləşən Mənzil-Kommunal İstismar Sahəsinin yerləşdiyi inzibati binaya gəlib:

“Lakin orada heç kimi döyməmişəm. Oraya getməyimə səbəb İzzətin mənim, qardaşımın və qardaşımın ailəsinin ünvanına işlətdiyi nalayiq ifadələr olub. Mənzil-Kommunal İstismar Sahəsinin yerləşdiyi inzibati binada oranın müdiri İzzətin ünvanına nalayiq ifadələr işlətmişəm, onu söyərək təhqir etmişəm. İzzəti təhqir etməyimə səbəb onun öz bacısı oğlu üçün mənim 17 yaşlı qızıma elçi göndərməsi, həmçinin keçmiş arvadım Vüsalənin mənim qardaşımın azyaşlı qızının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməsi olub”.

O, əlavə olaraq bildirib ki, Vüsalənin yaşadığı mənzilə getməyib:

“Mən binanın qarşısına getmişəm. Vüsalə qaçıb binaya girib. Mən də binanın girişindən içəri daxil olaraq birinci mərtəbədən geri qayıtmışam. Daha sonra Vüsalə və qızı məni dəmir parçası ilə döydülər”.

İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, oktyabrın 6-da Zimistan ona zəng edib və harada olduğunu soruşub:

“Mən də işlədiyim Mənzil-Kommunal İstismar Sahəsinin yerləşdiyi inzibati binada olduğumu dedim. Zimistan oraya gələrək mənim alın nahiyəmə yumruqla bir dəfə vurdu. Məni döydü, mənim və işlədiyim Mənzil-Kommunal İstismar Sahəsinin müdiri İzzət müəllimin ünvanına nalayiq ifadələr işlətdi”.

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (döymə) və 510-ci (xırda xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

İşə Kəlbəcər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə ittihama xitam verib.

Həmin məcəllənin 510-cu maddəsi ilə təqsirli bilinən təqsirləndirilən şəxs 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Prime Leasing