SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Çinli iş adamının dələduzluğu ortaya çıxdı: Azərbaycandan çıxışına məhdudiyyət qoyuldu

Çinli iş adamının dələduzluğu ortaya çıxdı: Azərbaycandan çıxışına məhdudiyyət qoyuldu

  • 13 fevral 2026, 21:48
Bakı

Bakıda çinli iş adamının 10 milyon dollarlıq dələduzluğu ortaya çıxdı, ölkədən çıxışına məhdudiyyət qoyuldu.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.  

Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.  

Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 753.560,02 manat vergi borcu yaranıb.  

Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.  

Qeyd edək ki, adı "Neomotors" MMC ilə iş birliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları