Çindən Azərbaycana qanunsuz yolla 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları gətirmək istəyən şəxs saxlanılıb.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Pekin-Bakı aviareysi ilə gələn ölkə vətəndaşını saxlayıb.
O, bundan öncə etdiyi səfərdə əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyib.
Gömrük əməkdaşı vətəndaşı "Qırmızı kanal"a yönləndirib və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Faktla bağlı araşdırma aparılır.