SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO

Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO

  • 11 aprel 2026, 20:58

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cəlilabadda 17 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları