SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Qaxda 10 min ədədə qədər çətənə kolu yandırıldı

Qaxda 10 min ədədə qədər çətənə kolu yandırıldı

  • 30 may 2026, 10:31
Qax

Qax rayonunda 10 min ədədə qədər çətənə kolu yandırıldı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bildirilib ki, ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları