SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Əvvəllər məhkum olunmuş şəxsdən heroin və tapança aşkarlandı

Əvvəllər məhkum olunmuş şəxsdən heroin və tapança aşkarlandı

  • 29 may 2026, 16:16

Əvvəllər məhkum olunmuş şəxsdən heroin və tapança götürülüb.

DİN-in mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.

Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları