Hədə-qorxu ilə ilə tələb etmədə təqsirli bilinən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəmə istintaqı yekunlaşıb.
Yurd.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, Xalid Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 221.3-cü maddələri üzrə ittiham irəli sürülüb.