SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Paytaxtda bir ayda 200-ə qədər narkotik cinayəti aşkarlandı

Paytaxtda bir ayda 200-ə qədər narkotik cinayəti aşkarlandı

  • 17 iyul 2026, 19:16
Bakı

Paytaxtda narkotik cinayətlərinin statistikası açıqlandı.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.

Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir.

Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.

Hazırda bu istiqamətdə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Paytaxtda bir ayda 200-ə qədər narkotik cinayəti aşkarlandı
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları