SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Yeniyetmə bacısı ilə nişanlısını bıçaqlayan şəxsə AĞIR CƏZA

Yeniyetmə bacısı ilə nişanlısını bıçaqlayan şəxsə AĞIR CƏZA

  • 07 iyul 2026, 17:15

Yeniyetmə bacısı ilə onun nişanlısını birlikdə otaqda görüb bıçaqlayan şəxsə ağır cəza verilib.

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıcaqlamaqda təqsirli bilinən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Yurd.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunandan sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı Araz Səmədovun 11 il 3 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Araz Səmədov 11 il 3 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının əməliyyatı zamanı hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalarla məlum olub ki, Babək Uğurlu Araz Səmədovun 15 yaşlı bacısının nişanlısı olub və hadisə baş verən gün gecə saat 2 radələrində Araz Səmədov Babək Uğurlunu bacısıyla birlikdə otaqda görüb və ona bıçaq zərbələri endirib. O bununla yanaşı hadisəyə müdaxilə edən bacısına da bıçaqla xəsarət yetirib.

Onun barəsində cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülərək həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları