Azərbayca-İran sərhədində daha bir əməliyyat keçirilib.
Dövlət Sərhəd Xidmətindən Yurd.Media-ya bildirilib ki, İrandan Azərbaycana 20 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.