SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Uçuş aparatı ilə ölkəyə 50 kiloqrama yaxın narkotik gətirilməsinin qarşısı alındı

Uçuş aparatı ilə ölkəyə 50 kiloqrama yaxın narkotik gətirilməsinin qarşısı alındı

  • 27 may 2026, 13:12
Biləsuvar

Uçuş aparatı ilə ölkəyə 50 kiloqrama yaxın narkotik və 10 mindən çox psixotrop tərkibli həb gətirilməsinin qarşısı alındı.

Yurd.Media xəbər verir ki, Biləsuvarda rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb.

Əvvəlcədən ötürülən lokasiyası vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməli planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları