SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakıda oğurluq edənlər yaxalandı - VİDEO

Bakıda oğurluq edənlər yaxalandı - VİDEO

  • 30 may 2026, 14:43
Bakı

Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.

Yurd.Media xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb. Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.

Bakıda oğurluq edənlər yaxalandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları