SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Saatlıda narkotikin təsiri altında maşın sürənlər saxlanılıb

Saatlıda narkotikin təsiri altında maşın sürənlər saxlanılıb

  • 11 aprel 2026, 10:41
Saatlı

Saatlı rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb.

Yurd.Media xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər - İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.

Müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, Saatlı rayonunda polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları