SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Meşədə marixuana və çətənə toxumları gizlədən şəxs saxlanıldı

Meşədə marixuana və çətənə toxumları gizlədən şəxs saxlanıldı

  • 10 fevral 2026, 21:29
İsmayıllı

İsmayıllıda meşədə marixuana və çətənə toxumları gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb.

Ondan iki kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları