SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Kələmin içindən 30 kq narkotik çıxdı - FOTO

Kələmin içindən 30 kq narkotik çıxdı - FOTO

  • 24 sentyabr 2025, 16:23
Astara

Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı iki ədəd paletdəki yeşiklərdə üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 73 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu, “Cənub Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlaması zamanı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing