SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Çantasından 2 kiloqram marixuana, heroin və metamfetamin çıxdı - VİDEO

Çantasından 2 kiloqram marixuana, heroin və metamfetamin çıxdı - VİDEO

  • 23 iyul 2026, 10:40
Tovuz

Tovuzda narkokuryerlik edən şəxslər saxlanılıb.

Yurd.Media xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları