SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İrandan gətirilən daha bir partiya marixuana və metadon ələ keçirildi

İrandan gətirilən daha bir partiya marixuana və metadon ələ keçirildi

  • 28 iyul 2026, 19:49

İrandan gətirilən daha bir partiya marixuana və metadon ələ keçirildi.

Dövlət Sərhəd Xidmətindən Yurd.Media-ya bildirilib ki, İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həbin keçirilməsinin qarşısı alınıb.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları