SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bankdan pulla dolu çanta ilə çıxan şəxsi belə qarət edib qaçdılar - VİDEO

Bankdan pulla dolu çanta ilə çıxan şəxsi belə qarət edib qaçdılar - VİDEO

  • 24 iyul 2026, 22:22
Bakı

Bakıda bankdan pulla dolu çanta ilə çıxan şəxs soyğunçuların hücumuna məruz qalıb.

Yurd.Media xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib.

Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bankdan pulla dolu çanta ilə çıxan şəxsi belə qarət edib qaçdılar - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları