SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda xalası oğlunu qətlə yetirən şəxsə hökm oxunub - VİDEO

Bakıda xalası oğlunu qətlə yetirən şəxsə hökm oxunub - VİDEO

  • 15 oktyabr 2025, 18:31

Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əvəz oğlu Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yurd.Media-nın əməkdaşı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Eldar Məmmədov çıxış edərək H.Şirinovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkənin hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini istəyib.

Son söz hüququ verilən H.Şirinov isə məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Müşavirədən sonra hökm elan olunub. Qərara əsasən, Hüseyn Şirinov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Münaqişə zəminində Bakı şəhər sakini, 39 yaşlı Hüseyn Şirinov xalası oğlu, 27 yaşlı Nail İltifat oğlu Həsənova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Prime Leasing